Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılış mərasimi keçirilir, İlham Əliyev və Ərdoğan tədbirdə iştirak edirlər

Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılış mərasimi keçirilir, İlham Əliyev və Ərdoğan tədbirdə iştirak edirlər




Bu dəqiqələrdə Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilir.

Newscenter.az-ın məlumatına görə, “Report”un Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak edirlər.

Mərasimdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirildi.

Sonra “Azərbaycan” məhəlləsinə həsr edilmiş videoçarx nümayiş etdirildi.

Azərbaycan Respublikasının Prezidenti tədbirdə çıxış etdi.
Xəbəri paylaş