
Türkiyə daxilində mənzil satışları may ayında əvvəlki ilin eyni ayına görə 17,6 faiz artaraq 130 min 25-ə çatıb.
Newscenter.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən bildirir ki, ən çox mənzil satışı İstanbul, Ankara və İzmirdə baş verib.
Ən az mənzil satılan vilayətlər isə Ardahan ilə Bayburt və Gümüşhane olub.
Cari ilin yanvar-may aylarında isə mənzil satışı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25,4 faiz artaraq 584 min 170-ə çatıb.
Cavid İmaməliyev