Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan və Rusiya yol xəritəsi imzalayıb

Qazaxıstan və Rusiya yol xəritəsi imzalayıb


Qazaxıstan və Rusiya atom elektrik stansiyasının tikintisi üzrə yol xəritəsi imzalayıblar.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, imza günü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda baş tutub.

Sənədi “Rosatom” Dövlət Korporasiyasının baş direktoru Aleksey Lixaçev və Qazaxıstanın Atom Enerjisi Agentliyinin sədri Almasadam Satkaliyev imzalayıblar.

Bundan əvvəl Qazaxıstan ilk atom elektrik stansiyasının tikintisi üçün beynəlxalq konsorsiumun lideri kimi Rosatom-u seçmişdi.

İyunun 18-dən 21-dək Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu keçirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş