Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə-Azərbaycan münasibətlərindən dünya ölkələri nümunə götürməlidir

Türkiyə-Azərbaycan münasibətlərindən dünya ölkələri nümunə götürməlidir


“Azərbaycan və Türkiyə hər zaman, istər xoş, istərsə də kədərli günlərdə bir-birinin yanında yer alıb, birlikdə olub. Əsrlərə dayanan bu dostluq-qardaşlıq, bərabərlk günümüzdə iki ölkənin liderləri, Cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən daha da möhkəmləndirilir, inkişaf etdirilir. Ötən gün Türkiyənin Kahramanmaraş şəhərində Azərbaycan məhəlləsinin açılışı da bunun əyani təzahürü idi”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri deyib ki, 2023-cü ilin fevral ayında qardaş ölkədə baş vermiş təbii fəlakət, dağıdıcı zəlzələ zamanı Türkiyəyə ilk dəstək göstərən ölkə məhz Azərbaycan oldu:

“Bu da təbiidir. Çünki Türkiyə də tarixin bütün dövrlərində Azərbaycanın yanında olub, öz qardaş missiyasını ləyaqətlə yerinə yetirib. Necə ki, 44 günlük Vətən müharibəsində olduğu kimi. Ötən gün Azərbaycan məhəlləsinin açılışında çıxışı zamanı dövlət başçısı Cənab İlham Əliyevin qeyd etdiyi kimi İkinci Qarabağm Müharibəsinin ilk günündən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla çiyin-çiyinə olub, qardaş ölkə Azərbaycanın başladığı haqq işi uğrunda mübarizəni sona qədər dəstəkləyib. Eyni ilə də 2023-cü il zəlzələsi zamanı bütün Azərbaycan xalqı səfərbər olaraq qardaş dərdinə şərik oldu, hər kəs əlindən gələn köməkliyi göstərdi”.

Arzuman Muradlı deyib ki, Kahramanmaraşda Azərbaycan məhəlləsinin istifadəyə verilməsi Türkiyə-Azərbaycan dostluq-qardaşlığı, birlik, bərabərliyinin nümayişi olmaqla yanaşı, həm də dünyaya bir mesajdır:

“Mesajdır ki, Türkiyə və Azərbaycan sonsuza qədər bir yerdədir, bir-birini dəstəkləyir. Bu münasibətlərdən dünya ölkələri nümunə götürməlidir”.

Qeyd edək ki, 2023-cü ilin fevralında Türkiyənin cənub-şərqində baş verən dəhşətli zəlzələdən dərhal sonra Azərbaycan dövləti və xalqı qardaş ölkənin yanında oldu. Fəlakətin ilk günlərindən qardaş ölkəyə kömək üçün Prezident İlham Əliyevin tapşırığı ilə bütün imkanlar səfərbər edildi. Axtarış-xilasetmə işlərində iştirak etməklə yanaşı, ölkəmizin həm dövlət qurumlarının, həm də qeyri-hökumət təşkilatlarının səyləri digər istiqamətlərə yönəldildi.

Dövlətimizin başçısının digər bir mühüm tapşırığına əsasən, Azərbaycanın qardaş ölkəyə uzunmüddətli dəstəyi üçün Kahramanmaraşda “Azərbaycan” məhəlləsinin inşasına start verildi. Tikinti işləri Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirildi. Ərazisi 27,6 hektar olan məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. Həmçinin burada məskunlaşacaq ailələr üçün 1595 ticarət obyekti də yaradılacaq.

2024-cü il sentyabrın 11-də Heydər Əliyev adına ibtidai məktəbin və uşaq bağçasının açılışları olub.

Süleyman
Xəbəri paylaş