
Yaxın Şərqdəki mürəkkəb vəziyyətlə əlaqədar bir sıra ölkələr, o cümlədən Özbəkistan öz vətəndaşlarının təhlükəsiz şəkildə təxliyəsi üçün fəal tədbirlər həyata keçirir.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, 60-a yaxın Özbəkistan vətəndaşı Türkmənistan vasitəsilə İrandan vətənə qaytarılıb.
.
Özbəkistan Xarici İşlər Nazirliyinin göstərişinə uyğun olaraq, ölkənin Tehran və Aşqabaddakı diplomatik nümayəndəliklərində 24 saat ərzində işləyən operativ qərargahlar yaradılıb. Operativ Qərargah Türkmənistan vasitəsilə İranda olan Özbəkistan vətəndaşlarının repatriasiyası üçün kompleks tədbirlər həyata keçirir.
Cavid İmaməliyev