
"Bu günlərdə İran ətrafında baş verən proseslər bir daha Azərbaycanın uzaqgörən siyasətini ortaya qoymuş oldu".
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Millət vəkili deyib ki, 70-dən artıq ölkənin vətəndaşlarının Azərbaycan vasitəsilə İrandan təxliyə edilməsi və ərazilərimizdən istifadə edərək öz ölkələrinə qayıtması bu uzaqgörən siyasətin əyani sübutudur:
"Azərbaycanın quru sərhədlərinin bu illər ərzində hansı səbəbdən bağlı saxlanıldığının milli maraqlarımız baxımından nə dərəcədə əhəmiyyətli olduğu özünü göstərdi".
Aydın Mirzəzadə deyib ki, dünyanın nüfuzlu ölkələrinin bu ərəfədə təxliyə işlərində Azərbaycanın oynadığı rola görə Bakıya təşəkkür etməsi Azərbaycanın nüfuzunun göstəricisidir.
Süleyman