
“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi və onun qəbulu Naxçıvanın sosial-iqtisadi inkişafına öz müsbət təsirini göstərəcək.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Siyavuş Növruzov deyib. Millət vəkili bildirib ki, İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqlar bir sıra addımların atılmasını zəruri edir:
"Bunlardan biri də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərdir. Hesab edirəm ki, belə bir addımın atılması Naxçıvanın hərtərəfli şəkildə inkişafında mühüm rol oynayacaq".
Millət vəkili qeyd edib ki, paralel olaraq digər regionlarda da yeni idarəetmə formaları tətbiq edilə bilər.
Süleyman