Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya və Belarus traktor istehsalına başlayacaq

Rusiya və Belarus traktor istehsalına başlayacaq


Qazaxıstan müəssisələrində Rusiya və Belarusla birgə irimiqyaslı traktor istehsalına başlanılacaq.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç deyib.

"Digər bir layihə Qazaxıstan və Belarus tərəfdaşlarının iştirakı ilə Rusiya müəssisələrində yüksək sürətli dəmir yolları üçün vacib komponentlərin istehsalıdır", - Volvaç bildirib.

Bu il belə sənaye əməkdaşlığı layihələrinin birgə maliyyələşdirilməsinə Aİİ büdcəsindən 3,2 milyard rubldan çox (42 milyon ABŞ dolları) vəsait ayrılıb.

Onun sözlərinə görə, bu dəstək tədbiri milli dəstək tədbirlərini istisna etmir, əksinə onları tamamlayır.

Mehman Mehdiyev
Xəbəri paylaş