
“Milli qürurumuzu özünə qaytaran, torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyünü bərpa edən Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107-ci ildönümüdür. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il 26 iyun tarixli fərmanı ilə yaradılan Azərbaycan Milli Ordusu bu gün nəinki regionun, hətta dünyanın ən güclü orduları sırasında yer alır. Bunu 44 günlük Vətən müharibəsi təsdiq etdi və Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında son on illiklərdə heç bir ölkənin edə bilmədiyi bir şeyi, işğal altında olan ərazilərini qısa müddətdə düşməndən təmizlədi. Təsadüfi deyil ki, 44 günlük Vətən Müharibəsindən sonra dünya hərb tarixində Azərbaycanın adı xüsusi qeyd olunmağa başlandı və ayrı-ayrı ölkələr ölkəmizin hərbi gücü, qüdrəti, malik olduğu imkanları, eləcə də tətbiq etdiyi strategiya barədə öyrənməyə başladılar”.
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Azərbaycan Silahlı Qüvvələrinin bu günkü səviyyəyə gəlib çıxması, regionun ən güclü, aparıcı ordusuna çevrilməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olduğunu deyən İlham Məmmədov qeyd edib ki, Ulu Öndər istər sovetlərin zamanında Azərbaycana rəhbərlik etdiyi illərdə, istərsə də müstəqil Azərbaycan Respublikasının prezidenti olduğu dövrlərdə hər bir sahə kimi ordu quruculuğu, Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi, möhkəmləndirilməsi prosesinə xüsusi diqqət yetirib, bu istiqamətdə nəticəyə hesablanmış addımlar atlb:
“Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkə gənclərinin ittifaq dövlətlərinin ali təhsil müəssisələrinə oxumaq üçün göndərilməsi, bu zaman hərbi təhsil sahəsinə də xüsusi diqqət yetirilməsi, eləcə də 1971-ci ilə Cəmşid Naxçıvaanski adına Hərbi Məktəbin yaradılması Heydər Əliyevin Azərbaycanın Silahlı Qüvvələrinin formalaşdırılması, bunun üçün hərbi kadrların yetişdirilməsi istiqamətində atmış olduğu ciddi addımlardan biri idi. Müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır.
Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdır”.
İlham Məmmədov qeyd edib ki, 44 günlük Vətən Mühaeribəsində qazandığımız tarixi zəfərin təməlində Ulu Öndərin zamanında uğurla həyata keçirdiyi ordu quruculuğu siyasəti, eləcə də bu sahədə kadrların hazırlanması istiqamətində atılmış addımlar dayanırdı:
“Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyev də ölkəyə rəhbərlik etdiyi ilk gündən Ulu Öndərin bu istiqamətdə atdığı addımları davam etdirərək Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi, müasir silahların alınması, şəxsi heyətin hazırlıq səviyyəsinin yüksəldilməsi, ümumən ordumuzun daha çevik, daha güclü olması məqsədilə əməli addımlar atdı. Hərbi büdcəmiz ildən-ilə artırıldı, müdafiə qabiliyyətimiz möhkəmləndirildi. Artıq Azərbaycan Silahlı Qüvvələri qarşısına qoyduğu bütün hədəflərə nail olmaq iqtidarında idi və beləliklə, 44 günlük Vətən Müharibəsi zamanı bunu sübuta yetirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri 30 ilə yaxın işğal altında olan ərazilərini düşməndən azad edərək tarix yazdı, zəfər qazandı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarix yazan Azərbaycan Ordusunun zəfəri hələ illər, əsrlər boyu öyrəniləcək, tədqiq olunacaq. Başda Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev olmaqla Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyətini bu əlamətdar gün münasibətilə təbrik edir, torpaqlarımızın bütövlüyü, ərazi bütövlüyünün təmin olunması istiqamətində canlarını fəda etmiş hər bir Vətən oğlumuzun ruhları qarşısında baş əyirəm”.
Süleyman