
56 saylı Şabran-Xaçmaz seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Mahir Süleymanlı Şabran rayonunun idman ictimaiyyəti ilə görüşüb.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı millət vəkili özü verib. Şabran rayonu Heydər Əliyev Mərkəzində baş tutan görüşdə ölkədə idmana, idmançılara göstərilən diqqət və qayğıdan danışılıb, Azərbaycanın idman sahəsində əldə etdiyi uğurlara diqqət çəkilib.

Millət vəkili Mahir Süleymanlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən idmançıların hər zaman diqqətdə saxlanıldığını vurğulayıb. Deputat qeyd edib ki, idmançılar da öz növbəsində bu diqqət və qayğının qarşılığı olaraq Azərbaycan bayrağını beynılxalq yarışlarda yüksəklərə qaldırır, ölkəmizi layiqincə təmsil edirlər.

Deputat Şabran rayonundakı idman komplekslərinin vəziyyəti, bu sahədə mövcud olan problemlər barədə rayonun idman ictimaiyyətinin fikirlərini öyrənib, idmançıların arzu və istəklərini dinləyib.
Süleyman