Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ordumuz həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri baxımından Cənubi Qafqazın lideridir

Ordumuz həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri baxımından Cənubi Qafqazın lideridir


Müasir müharibə metodikaları inkişaf etdikcə dünya orduları da yeni çağırışlarla qarşı-qarşıyadır. Hərbi texnologiyaların sürətli inkişafı, hibrid müharibə metodlarının kütləviliyi və informasiya savaşlarının önə çıxması orduları təkcə gücə deyil, həm də çevik qərarvermə qabiliyyətinə, süni intellektə və bunun fonunda yüksək texnoloji silah sistemlərinə əsaslanmasını zəruri edir. Bu kontekstdə, Azərbaycan Silahlı Qüvvələrinin son illərdə keçdiyi inkişaf yolu diqqət çəkir.

Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı Azərbaycan ordusu cənab Prezident İlham Əliyevin prioritet istiqamət olaraq təyin etdiyi inkişaf konsepsiyası əsasında ən son texnoloji yenilikləri mənimsəmiş, silah arsenalını da məhz bu istiqamətdə yeniləmişdir. Müasir Hava hücumundan müdafiə sistemləri, zərbə və kəşfiyyat xarakterli pilotsuz uçuş aparatları, yüksək dəqiqlikli idarə olunan və idarə olunmayan raket sistemləri, radar və elektron mübarizə sistemləri və süni intellektlə idarə olunan izləmə texnologiyaları ordumuzun silahlanmasına daxil edilərək onun döyüş effektivliyini əhəmiyyətli dərəcədə artırmışdır.

Xüsusilə, Vətən Müharibəsi zamanı istifadə olunan ağıllı silah sistemləri bu gücün təsadüfi olmadığının sübutudur. Bu iqtisadi gücün Silahlı Qüvvələrin inkişafına transformasiyası nəticəsində formalaşan reallıqdır. Ordumuz həm kəmiyyət, həmdə keyfiyyət göstəriciləri baxımından Cənubi Qafqazın lideri, dünya orduları sıralamasında isə öncül yerlərdə qərarlaşır. Müasir təlim proqramları, NATO standartlarına uyğun hərbi tədris və beynəlxalq əməkdaşlıq çərçivəsində keçirilən hərbi təlimlər, xüsusilə, qardaş Türkiyə və Pakistanla aparılan mübadilə proqramları hərbi qulluqçularımızın peşəkarlığını artırmışdır. Nəticə etibarilə 107 yaşını qeyd edən Azərbaycan Ordusu tam əminliklə qeyd edə bilərik ki, bu gün istənilən xarici hərbi aqressiyanı dəf etmək gücündədir. Yaşasın qüdrətli Azərbaycan ordusu.

Pərviz Mirizadə, siyasi şərhçi
Xəbəri paylaş