Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Erməni müxalifətinin dili ilə danışan İran səfiri

Erməni müxalifətinin dili ilə danışan İran səfiri


İranın Ermənistandakı səfiri Mehdi Sübhani birbaşa erməni müxalifətinin dili ilə danışır. Onun mövqeyi birbaşa İran Azərbaycan əlaqələrinin normallaşmasını sabotaj edir. M. Sübhani İsrail PUA-nın guya Azərbaycandan İranı vurduğunu qeyd edib.

Bununla bağlı rəsmi Bakı İran xarici işlər nazirliyindən izahat tələb etməlidir. Hazırda İran zəifləmiş və "qüruru" sındırılmış öz daxili problemlərinə çəkilmiş dövlətdir. M. Sübhani 12 İyundan sonra, İranın İsrail qarşısında məğlub olduğunu anlamaq istəmir. İran mühafizəkar sistemi Güney Azərbaycan faktoruna görə Azərbaycan Respublikasını hədəf almaqdan çəkinmir. İranın "Səhər TV" kanalı bu fonda Azərbaycana qarşı informasiya müharibəsi aparır.

İranın Ermənistandakı səfiri Azərbaycana qarşı düşmən münasibət sərgiləyir. Amma, səfiri olduğu ölkənin baş naziri Nikol Paşinyan Azərbaycanla normallaşma prosesinə can atır.

Azərbaycan İran tərəfinə belə səfirin geri çağırılmasını tələb etməlidir. İran tərəfi regionda öz siyasətində korrektlər etmək istəyirsə, M. Sübhanini səfir vəzifəsindən azad etməlidir.

Məhəmməd Əsədullazadə, politoloq
Xəbəri paylaş