Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Közüstü restoranı sakinlərin rahatlığına qənim kəsilib-Prezidentə şikayət edildi

Közüstü restoranı sakinlərin rahatlığına qənim kəsilib-Prezidentə şikayət edildi



"Zaman-zaman paytaxt Bakıda ictimai iaşə obyektlərindən yayılan səs-küylə vətəndaşları narahat edən obyektlərə reydlər keçirilib, obyekt sahibləri barəsində tədbir görülüb. Bütün bunlara baxmayaraq Bakı şəhəri, Biləcəri dairəsində yerləşən Közüstü restoranı sakinlərin rahatlığına qənim kəsilib".

Bu fikirlər Newscenter.az saytına Binəqədi sakinləri tərəfindən daxil olan şikayət məktubunda əksini tapıb. Saytımız vasitəsilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, eləcə də digər güc strukturlarına müraciət edən müraciət müəllifi Alxan Hüseynli qeyd edir ki, çoxsaylı narazılıqlara baxmayaraq, restoran qanuna, hüquqa zidd hərəkətlərə yol verib özbaşınalıq edir, ətrafda vətəndaşları narahat edilir:

"Adı ailəvi məkan olan Közüstü restoranında gecə 00:00-dan sonra gələn yüksək musiqi səsləri bütün ətraf ərazidə yaşayan sakinləri narahat edir. Gecə növbəsində işləyib gündüz yatan, evində xəstəsi olan, şagird və tələbələr var.

Xahiş edirik Bakı şəhəri, Biləcəri dairəsində yerləşən, ətraf ərazidəki insanların rahatlığına qənim kəsilən Közüstü restoranının fəaliyyətinin araşdırılması və sahibi barəsində tədbir görülməsi üçün aidiyyatı üzrə göstəriş verməklə bizə köməyinizi əsirgəməyəsiniz".

P.S.Qarşı tərəfin də mövqeyini drəc etməyə hazırıq.

Süleyman
Xəbəri paylaş