Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın azərbaycanlılara qarşı vandal siyasəti

Rusiyanın azərbaycanlılara qarşı vandal siyasəti


Rusiyanın antiAzərbaycan, atitürk siyasəti bütün çılpaqlıqları ilə davam edir. Həm də ən iyrənc, qəddar formada. On, yüz illərdir şimal qonşumuzun Azərbaycan əleyhinə yönəlmiş, müstəqil dövlət kimi varlığımızı həzm etməyib təzyiqlər göstərməsinə şahidlik etmişik. Təəssüflər olsun ki, Moskvanın bu çirkin siyasəti günümüzdə də davam edir.

Sadalamaqla bitmir. Çar Rusiyasının erməniləri Azərbaycan ərazisində məskunlaşdırmaqla başımıza problem açmaqdan tutmuş, Birinci Qarabağ müharibəsində Ermənistanl sulahlandırıb torpaqlarımızı işğala məruz qoymasına qədər, Dağlıq Qarabağda separatçı, terrorçu qüvvələrə dəstək nümayiş etdirməyədək bütün pisliklər Kremlin başının altından çıxıb. Azərbaycanla strateji tərəfdaşlıq müqaviləsi imzalayanda düşünürdük ki, Moskva artıq məkirli siyasətindən əl çəkəcək. Eyni zamanda Rusiyanın imza atdığı heç bir sənədə sadiq qalmadığı gerçəkliyini də nəzərə alıb "İtlə dost ol, ancaq comağı yerə qoyma" prinsipini də yaddan çıxarmırdıq.

Azərbaycana məxsus sərnişin təyyarəsini vuraraq onlarla insanın həyatına son qoyanda, Salovyov kimi nadürürstləri it kimi Azərbaycana qarşı hürdürəndə, nəhayət, bu günlərdə Yekaterinburq şəhərində azərbaycanlılara qarşı sözün əsl mənasında barbarlıq, vandallıq, vəhşilik edib soydaşlarımızı qətlə yetirəndə bir daha əmin olduq ki, "İtlı dostluq et, çomağı yerə qoyma" müdrik kəlamı əbəs yerə deyilməyib.

Rusiyanın müəyyən dairələri Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş vermiş vəhşicəsinə hücuma müxtəlif don geydirib onu cinayətkarlığa qarşı mübarizə kimi qələmə verməyə çalışsalar da, reallıq ondan ibarətdir ki, bu hadisə Rusiyada azərbaycanlılara qarşı hücumların tərkib hissəsidir. Əks təqdirdə Rusiya FTX və OMON-u azərbaycanlılara qarşı xüsusi qəddarlıq nümayiş etdirib bir neçə soydaşımızı qətlə yetirməz, onlarla azərbaycanlıya ağır işgəncələr verməzdi. Cinayətkarlığa qarşı mübarizənin də sivil forması var. Təbii ki, Rusiyanın həmin sivil formalardan xəbəri varsa. Necə ki, bu ölkə qonşuları ilə sivil münasibətlərdən çox-çox uzaqdır, eləcə də hər hansı bir xoşagəlməz hadisələrə qarşı da sivil qaydada mübarizə ortaya qoya bilmir. Sivil qonşuluq münasibətlərindən uzaq olan Kreml anlamalıdır ki, adekvat cavablar Moskva üçün yaxşı heç nə vəd etmir.

Süleyman İsmayılbəyli

"Təhsilə Dəstək və Maarifləndirmə" İctimai Birliyinin sədri
Xəbəri paylaş