Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zaqatalada vətəndaşlara ödənişsiz hüquqi yardım aksiyası keçirilib

Zaqatalada  vətəndaşlara ödənişsiz hüquqi yardım aksiyası keçirilib


Zaqatala rayonunda Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü, Azərbaycan Vəkillər Kollegiyasının dəstəyi ilə vətəndaşlara ödənişsiz hüquqi yardım aksiyası keçirilib.

Newscenter.az-ın xəbərinə görə, bu barədə məlumat verən Milli Məclisin deputatı Asif Əsgərov deyib ki, Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib.

"Sosial yönümlü bu təşəbbüsün əsas məqsədi bölgə sakinlərinin hüquqi maarifləndirilməsi, hüquq xidmətlərinə çıxış imkanlarının artırılması və onların üzləşdiyi hüquqi məsələlərin həllinə dəstək göstərmək idi. Peşəkar vəkillər tərəfindən müxtəlif hüquq sahələri üzrə vətəndaşlara məsləhətlər verilib, onların müraciətləri dinlənilib və aidiyyəti üzrə yönləndirilib",-deyə deputat bildirib.

Millət vəkili deyib ki, aksiya zamanı iştirak edən vətəndaşların müraciətlərini dinləyib, bir sıra məsələlər yerindəcə həll olunub, digərləri ilə bağlı müvafiq addımlar atılıb.

"Eyni zamanda, mərkəzdə fəaliyyət göstərən digər mədəni və maarifləndirici istiqamətli bölmələrlə də tanış oldum",-Asif Əsgərov deyib.

Süleyman
Xəbəri paylaş