Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan 8-ci Türk Dünyasında Qadın və Moda Günlərində təmsil olunub

Azərbaycan 8-ci Türk Dünyasında Qadın və Moda Günlərində təmsil olunub


Qazaxıstanda 8-ci Türk Dünyasında Qadın və Moda Günləri keçirilib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, TÜRKSOY-un rəhbərliyi ilə “2025-ci il Türk Dünyası Mədəniyyət Paytaxtı” elan edilən Qazaxıstanın Aktau şəhərində keçirilən “Türk Dünyasında 8-ci Qadın və Moda Günləri”i Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Manqistau valiliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə əməkdaşlığı ilə təşkil olunub.

Tədbirdə Türk Dünyasından ənənəvi əl işləri və etnik moda sahəsində tanınmış isimlər bir araya gəlib.

Festivalda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Macarıstan, Monqolustan və Şimali Makedoniya da daxil olmaqla 13 ölkə iştirak edib.

Mehman Mehdiyev
Xəbəri paylaş