Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan Pakistanda logistika mərkəzi yaradacaq

Özbəkistan Pakistanda logistika mərkəzi yaradacaq


Özbəkistan Pakistanın Karaçi limanı ərazisində müasir saxlama anbarı və logistika mərkəzi yaratmağı planlaşdırır.

Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Özbəkistan" məlumat yayıb. Bildirilib ki, Özbəkistanın Ticarət və Sənaye Palatasının rəhbərliyi və bu ölkənin Pakistandakı səfiri Əlişir Tuxtayev Kəraçi limanının administrasiyası ilə görüşüb.

Danışıqlar zamanı Kəraçi limanı vasitəsilə yük dövriyyəsinin artırılması, tranzit prosedurlarının sadələşdirilməsi və qarşılıqlı logistika əlaqələrinin qurulması, regional əlaqənin gücləndirilməsi, yük daşımaları, logistika və dəniz turizmi sahələrində birgə layihələrin həyata keçirilməsi, dəniz iqtisadiyyatı sahəsində əməkdaşlığın şaxələndirilməsi kimi məsələlər müzakirə edilib.

Özbəkistan nümayəndə heyətinin nümayəndələri Karaçi limanında iri infrastruktur obyektlərinin, o cümlədən “South Asia Pakistan Terminals Limited” şirkətinin fəaliyyəti ilə tanış olublar.

Məlumat üçün bildirək ki, Kəraçi limanı Pakistanın ən böyük dəniz limanı və Cənubi Asiyanın əsas logistika mərkəzidir.

Süleyman
Xəbəri paylaş