
"Belə qarışıq gündəm fonunda iki gün sonra Azərbaycanın yeni siyasi mərkəzi Xankəndi bölgə üçün mühüm tədbirə ev sahibliyi edəcək. İran prezidenti Pezeşkian, Pakistan Baş Naziri Şərif, Türkiyə prezidenti Ərdoğan, Türküstan rəhbərləri Xankəndidə konfransa qatılacaqlar".
Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Əziz Əlibəyli deyib. O bildirib ki, Ermənistan səhifəsini qapatmaq iki il əvvələ müyəssər olsa da, Rusiya ilə bağlı son 300 illik tarixi qiymətləndirmək baxımından Xankəndi mühüm bir addımdır:
"Fikrimin əsas qayəsi də var. Bakını yavaş-yavaş siyasi gündəmdən çıxarmaq lazımdır.
Başqa paytaxtımıza imkan yoxdursa da, mobil, strateji mərkəzlərimiz olmalıdır.
Təhlükəsizlik ən başlıca şərt oldu".
Süleyman