
Qazaxıstanda iyunda illik inflyasiya 11,8 faizə çatıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Milli Statistika Bürosu məlumat verib.
Məlumata görə, iyun ayında dondurma, qatıq, qoz-fındıq, rulonlar və tortlar, qənnadı məmulatları və soyudulmuş içkilər, eləcə də kolbasa bahalaşıb.
İyun ayında məişət texnikası üzrə elektrik ətçəkən maşınların (2,5%) və ütülərin (1%) qiymətləri artıb.
Qiymətləri ucuzlaşan ərzaq məhsulları arasında xiyar (19,5%), kələm (18,1%), pomidor (15%), sarımsaq (8,4%), banan (3,4%) və yumurta (3%) olub.
Mehman Mehdiyev