
"Rusiya mədəniyyəti, Rus ədəbiyyatı sadəcə sovet dövründə 70 il Azərbaycan müstəmləkə olduğu dönəmdə ruslar tərəfindən yaradılan mifdir. Son 30 ildə Rusiyanın hansı mədəniyyətə və ədəbiyyata malik olduğu ortadadır. Rusiya şovinizmi və raşizmi həmişə əsas ideologiya olub".
Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, sadəcə uydurduqları "rus mədəniyyəti" altında gizlənmişdi:
"Rusiyanın 90-cı illərdə Çeçenistanda, Ukraynada necə mədəniyyət ortaya qoyduğu göz qabağındadır. Bunların ədəbiyyatı da ideoloji olaraq rusları üstün xalq kimi təqdim edib. Hazırda miqrantlara qarşı şovinist yanaşma bunların ideolojisidir".
Süleyman