Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyada siyasi hakimiyyət uğrunda mübarizə yeni mərhələyə keçir

Rusiyada siyasi hakimiyyət uğrunda mübarizə yeni mərhələyə keçir


"Azərbaycanla Rusiya arasında siyasi böhran birbaşa Moskvadan qaynaqlanır. Kreml rəhbərliyi Azərbaycanın müstəqil və Türkiyə ilə koordinasiyalı siyasətini qəbul etmək istəmir. Məhz ikinci Qarabağ müharibəsinin nəticəsi ilə Rusiyanın regionda təsirləri getdicə zəifləməyə başladı. Rusiya təzyiq və şantajla Azərbaycanı öz siyasi iradəsinə tabe etdirməyə çalışır".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O deyib ki, Rusiya Ukraynada işğal müharibəsi aparır:

"Gürcüstanın ərazisini işğal edib. Şərqi Avropa ölkələri ilə düşmən münasibətdədir. Baltikyanı ölkələri ilə müharibə vəziyyətindədir. Strateji müttəfiqi Ermənistan ondan üz döndərib. V. Putinin dostu Belarus prezidenti A. Lukaşenko ABŞ-la münasibətləri normallaşdırmaq istiqamətində müxalifət liderini azad etdi. Qazaxıstana ərazi iddiaları və s. Göründüyü kimi, Rusiya svil bir siyasətdən uzaq, işğal və beynəlxalq hüququ heçə sayan siyasət aparır".

Politoloq qeyd edib ki, artıq Rusiya üçün Cənubi Qafqaz bağlanır:

"Ermənistanın baş naziri Nikol Paşinyan 2027-ci ildə Rusiya qoşunlarının ölkəsindən çıxarılması istiqamətində işlər həyata keçirir. Gürcüstan rəhbərliyi Rusiyanın siyasətindən narazıdır. Azərbaycanla normal münasibətlərə mülki təyyarəni vurmaqla son verdi. Rusiya prezidentinin hazırkı siyasətində müsbətə doğru korrektlər etməsi gözlənilmir. Baş verənlər Rusiyanı kifayət qədər zəiflədəcək. Çıxış yolu isə, V. Putinin hakimiyyətdən kənarlaşdırılmasındadır. Kreml daxilində klanlar arası gizli savaş yeni mərhələyə keçir".

Süleyman
Xəbəri paylaş