
"Keçmiş SSRİ ərazisində mövcud olan bütün münaqişələrin müəllifi Kremldə oturan siyasətçilər olub. Əsas prinsip bundan ibarət idi. Mnüqaişə ocaqları yaradın zəif olan tərəfi dəstəkləmək, paralel olaraq güclü tərəfi zəiflətmək, hər iki tərəfi silah və siyasi dəstək mövzusunda özündən asılı vəziyyətdə saxlamaq".
Newscenter.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib. O deyib ki, Rusiya meyilli qüvvələri bu ölkələrdə vəzifələrə yerləşdirmək, onların vasitəsilə idarəetməyə təsir etmək də əsas məqsədlərdən biri idi:
"Rusiya meyilli qüvvələri bu ölkələrdə vəzifələrə yerləşdirmək, onların vasitəsilə idarəetməyə təsir etmək Kremlin istifadə etdiyi metodlardan olub.
Qafqaz və digər keçmiş sovet respublikaları, xüsusilə ortaq sərhəddi olan Ukrayna, Azərbaycan, Moldova, Gürcüstan, Qazaxıstan və hətta Ermənistan Rusiyadan tamamilə qopmalıdır. Bu asan olmayacaq, amma başqa yolumuz da yoxdur".
Ekspert deyib ki, Rusiya ilə qonşu olmaqla "sərxoş ayı ilə eyni yatağa girmək" arasında ciddi fərq yoxdur:
"Bu ölkə üçün insan, həyat, qonşu, dost, müttəfiq anlayışı yoxdur. Allah dövlətimizi, Bayrağımızı, Silahlı Qüvvələrimizi və Ali Baş Komandanımızı qorusun!".
Süleyman