
Qazaxıstanda güclü zəlzələ baş verib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirlik Qazaxıstanın Jambil vilayətində zəlzələ barədə məlumat yayıb. Bildirilib ki, yeraltı təkanlar 6 bala çatıb.
Zəlzələnin episentri Almatıdan 334 kilometr cənub-qərbdə qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Anar Əliyev