Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan AES-in tikintisi çərçivəsində Macarıstanla əməkdaşlıq edəcək

Özbəkistan AES-in tikintisi çərçivəsində Macarıstanla əməkdaşlıq edəcək


Özbəkistan və Macarıstan atom elektrik stansiyasının tikintisi layihəsi çərçivəsində protokol imzalayıblar.

Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Özbəkistan" məlumat yayıb. Bildirilib ki, Macarıstan nümayəndə heyətinin Özbəkistana işgüzar səfəri çərçivəsində “Uzatom” Agentliyi, Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi və MVM EGI Zrt. şirkət atom elektrik stansiyasının tikintisi layihəsində bir sıra mühüm əməkdaşlıq sahələri üzrə əldə olunmuş razılaşmaları əhatə edən protokol imzalayıb.

Sənəd, digər məsələlərlə yanaşı, mexaniki çəkiyə əsaslanan quru soyutma sistemlərindən istifadəni, avadanlıqların tədarükü üçün texniki və kommersiya təkliflərinin hazırlanmasını, Özbəkistanda quru soyutma sistemlərinin genişmiqyaslı montajının təşkili üzrə birgə müəssisənin yaradılması üzrə işlərin başlanmasını, həmçinin Macarıstan tərəfindən təlim proqramlarının hazırlanmasını və təcrübə keçməsini nəzərdə tutur.

Protokolun imzalanmasının regional səviyyədə nüvə enerjisi sahəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım olduğu qeyd edilir.

Süleyman
Xəbəri paylaş