
"Suriyada yenidən gərginlik yaranması heç kimə lazım olmayan prosesdir. Nə İsrail, nə də Türkiyə bunda maraqlı deyildi. Sadəcə Durzilərin Suriya təhlükəsizlik qüvvələrinə qarşı təxribatçı hərəkəti hadisələrin qızışmasına səbəb oldu. Suriya hakimiyyəti də məcbur olub onlara qarşı əməliyyat keçirdi. Durzilərin yaşadığı Suveyda şəhəri ələ keçirildi. İsrail də onları bombaladı. Təbii ki, Dəməşqdə Prezident sarayının ətrafını, Qərargahın binasının bombalanması aşırı hal idi. Buna ehtiyac yox idi".
Newscenter.az xəbər verir ki, bu fikirləri ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov İsrailin Suriyaya zərbələr endirməsini şərh edərkən səsləndirib. O deyib ki, gələn xəbərlər tərəflərin danışıqlarla razılığa gəldiyini və gərginliyi aradan qaldırılması üçün addımlar atıldığını göstərir:
"Razılığın əldə olunması onu deməyə əsas verir ki, tərəflər sakitlikdə maraqlıdırlar. Türkiyə də özünü təmkinli apardı. Təxribatçı qüvvələrin təxribatı baş tutmadı. Bu təxribat təbii ki, Türkiyə ilə İsraili qarşı-qarşıya gətirmək üçün idi. Amma təxribat baş tutmadı. Yaxın Şərq bütün münaqişə tərəflərinin yaşadığı ərazidir. Orda stabillik hər kəsə lazımdır. Hesab edirəm ki, qarşıdurma tərəflərinin qısa zamanda sakitləşməsi onların da bunu başa düşdüyünün bariz nümunəsidir".
Süleyman