
Türkiyədə FETÖ terror təşkilatına qarşı əməliyyat davam edir.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, FETÖ-nün hazırkı maliyyə strukturu ilə bağlı aparılan istintaqda aralarında HAKMAR Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Zeki Dorukun da olduğu 22 şübhəli həbs edilib. Zeko Dorokun FETÖ-nün əsas maliyyə mənbələrindən biri olduğu bildirilir.
Qeyd edək ki, Zeki Dorukun uşaqlarının adını təşkilatın lideri Fətullah Gülən qoyub. Eyni zamanda onun rəhbəri olduğu HAKMAR supermarketlər şəbəkəsi FETÖ/PDY nəzarətindəki yataqxanalara çörək yardımı, qurbanlıq heyvan yardımı edib.
Anar Əliyev