Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanın XİN rəsmisi Xankəndi zirvə görüşündən danışıb

Özbəkistanın XİN rəsmisi Xankəndi zirvə görüşündən danışıb


"Əfqanıstanla bağlı bizim də geniş transregional imkanlarımız var. Özbəkistan bu qonşu ölkə ilə təkcə nəqliyyat sahəsində deyil, həm də yeraltı sərvətlərin istismarı, tekstil, tikinti materialları, əczaçılıq və kənd təsərrüfatı məhsullarının emalı sahəsində layihələr həyata keçirir. Azərbaycanın bu prosesə cəlb olunması mövcud səylərə yeni təkan verəcək".

Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistanın Xarici İşlər Nazirliyi yanında Beynəlxalq Əlaqələr üzrə İnformasiya və Analitik Mərkəzin direktoru Sancar Vəliyev deyib.

O deyib ki, Əfqanıstanın nəqliyyat sisteminə daxil olması Xəzər, Cənubi və Mərkəzi Asiya arasında ticarəti genişləndirəcək:

"Əfqanıstan nümayəndə heyətinin Xankəndində keçirilən konfransda iştirakı bu niyyətin təsdiqidir. Sammitdən sonra atılan əməli addımlar da çox önəmlidir. Bu baxımdan hər şey ölkələrin öz məsuliyyətini nə dərəcədə hiss etməsindən və sazişləri həyata keçirməyə hazır olmasından asılıdır. Əminəm ki, Xankəndində keçiriləcək sammit regional əməkdaşlığın inkişafında dönüş nöqtəsi olacaqdır".

Süleyman
Xəbəri paylaş