Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yevlaxda kənd təsərrüfatı sahəsində görülən işlər və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib

Yevlaxda kənd təsərrüfatı sahəsində görülən işlər və qarşıda duran vəzifələrə dair müşavirə keçirilib


Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyevin rəhbərliyi ilə rayonda kənd təsərrüfatı sahəsində aparılan işlərin gedişi və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilmişdir.

Newscenter.az xəbər verir ki, müşavirədə İcra Hakimiyyəti Başçısı, aparatının məsul işçiləri, İnzibati Ərazi Dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, aidiyəti idarə, müəssisə, təşkilatların rəhbərləri, kənd təsərrüfatı mütəxəssisləri iştirak etmişdir.

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev müşavirəni açaraq bildirmişdir ki, kənd təsərrüfatı Ölkəmizin sosial-iqtisadi həyatında xüsusi əhəmiyyət kəsb edir. Qeyri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektoru ötən dövr ərzində iqtisadiyyatın əsas sektorlarından biri kimi müəyyənləşdirilib və görülmüş məqsədyönlü tədbirlər nəticəsində bu sahənin inkişafı üçün əlverişli şərait yaradılıb. Bu sahənin ən uğurlu və sürətli inkişaf dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, Ümummilli Liderin rəhbərliyi ilə islahatların konseptual əsasları və qanunvericilik bazası hazırlanmışdır. Bu prinsiplər əsasında ədalətlilik və səmərəlilik tələbləri önə çəkilməklə torpaqlar kənddə yaşayanların xüsusi mülkiyyətinə verilmiş, kəndli əkib-becərdiyi torpağın tam hüquqlu sahibinə çevrilmişdir.

Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi məqsədilə bir sıra Dövlət proqramları qəbul edilmiş, nəticədə müsbət nəticələr əldə olunmuşdur. Möhtərəm Prezidentimizin kənd təsərrüfatının inkişafının prioritet elan edilməsi, çoxşaxəli dövlət dəstəyi sisteminin yaradılması və ardıcıl olaraq genişləndirilməsi, islahatların dərinləşdirilməsi aqrar sahənin uzunmüddətli dinamik inkişafını təmin etmişdir.

Müşavirənin gedişində rayonda kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə nəticələr barədə məlumat verilmiş, qarşıya çıxan problemlər onların həlli yolları, suvarma suyunun hazırki durumu müzakirə olunmuş, əkin sahələrinin mineral gübrələr, dərmanlarla, texnika ilə təminat məsələləri ətrafında fikir mübadiləsi aparılmış, bu barədə aidiyyəti məsul şəxslərə tapşırıqlar verilmişdir.

Süleyman
Xəbəri paylaş