Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Siyasi partiyaların fəaliyyəti dövlətin siyasi dayaqlarına xidmət edən əsas amillərdən biridir

Siyasi partiyaların fəaliyyəti dövlətin siyasi dayaqlarına xidmət edən əsas amillərdən biridir


Bəzi müxalif siyasi partiyaların fəaliyyəti görünmür. Onların fəaliyyətsiz görüntüsü öz daxili problemləri ilə əlaqədardır”.

Newscenter.az xəbər verir ki, bunu Hafta.az-a “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov partiyaların indiki durumu ilə bağlı açıqlamasında bildirib.

Mərkəz rəhbəri vurğulayıb ki, 44 günlük savaşdan sonra siyasi partiyaların fəaliyyətində yenilənmələrin olacağı güman edilsə də, hələ də ciddi hərəkətlilik görünmür. O, bunun bir sıra səbəblərini qeyd edib:

"İdeoloji qeyri-müəyyənlik və populist çıxışlar, şəxsi ambissiyalar uğrunda mübarizə, intellektual gənclərin partiyalardan uzaq durması, eləcə də gənclər arasında etimadını itirməsi, özlərini göstərmələri üçün imkanın tanınmaması bu təşkilatları zəiflədən əsas faktorlardır. İqtidar-müxalifət dialoqu, Azərbaycan siyasi partiyalar sistemində yeni konfiqurasiyanın yaradılması istiqamətində görülən işlər kontekstində bir sıra partiyalarda hərəkətlilik görünür. 2020-ci ildə yaranmış yeni reallıqlar iqtidar-müxalifət dialoqunun, siyasi həmrəyliyin bünövrəsini möhkəmləndirib. Bu çox önəmlidir. Siyasi partiyalar əvvəllər bir-birinə sərt münasibətlər sərgiləyirdilərsə, indi o cür yanaşmanı inkar edirlər”.

R.Hüseynov hesab edir ki, siyasi partiyaların fəaliyyəti dövlətin siyasi dayaqlarına xidmət edən əsas amillərdən biridir. Artıq dialoqa üstünlük verən partiyalar qlobal dünyanın nizamına uyğun olaraq fəaliyyət göstərir. Proses siyasi düşərgədə yaradılan həmrəylik, birlik kontekstində aramla davam edir.
Xəbəri paylaş