
2025-ci ilin yanvar-iyun aylarında Özbəkistanda 3,1 milyon ton kömür hasil edilib.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Milli Statistika Komitəsi məlumat yayıb.
Qurumun yaydığı məlumata görə, cari ilin qeyd olunan dövründə 21,8 milyard kubmetr təbii qaz hasil edilib. Eyni dövrdə 574,7 min ton qaz kondensatı, 323,8 min ton neft hasilatı qeydə alınıb.
Süleyman