Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Həkimlərə fiziki güc tətbiqinə görə cəza sərtləşdiriləcək

Həkimlərə fiziki güc tətbiqinə görə cəza sərtləşdiriləcək


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev həkimlərə hücuma görə cəzanın sərtləşdirilməsi barədə göstəriş verib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Prezidentin mətbuat katibi Ruslan Jeldibay bu barədə məlumat verib.

Onun sözlərinə görə, Tokayev deputatların, səhiyyə sektorunun nümayəndələrinin və fəal vətəndaşların tibb işçilərinə qarşı zorakılıq və qəddarlıq aktlarına görə cəzanın sərtləşdirilməsi təklifini dəstəkləyir.

Prezident hökumətə müvafiq qanunvericiliyə düzəlişlər hazırlamağı tapşırıb. Bu təşəbbüs parlamentdə vətəndaş cəmiyyətinin nümayəndələri ilə birlikdə müzakirə olunacaq.

Anar Əliyev
Xəbəri paylaş