
2019-cu ildən bəri Qazaxıstanda həkimlərə, feldşerlərə, tibb bacılarına və digər tibb işçilərinə qarşı 170-dən çox hücum faktı qeydə alınıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə səhiyyə naziri Akmaral Alnazarova məlumat verib.
“Həkimlərə edilən hücumların hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı hücumlarla bərabərləşdirilməsini, o cümlədən smart videotokenlərin, xəstəxanalarda kompleks təhlükəsizlik sistemlərinin tətbiqini, qəbul yerlərində gecə-gündüz işləyən polis məntəqələrinin yerləşdirilməsini nəzərdə tutan bir sıra qanunvericilik dəyişiklikləri hazırlanıb”, - deyə nazir bildirib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, xəstəxanaların və perinatal mərkəzlərin qəbul otaqlarında gecə-gündüz polis postları yaradılıb. Ümumilikdə 115 səhiyyə müəssisəsi mühafizəyə götürülüb.
Mehman Mehdiyev