
Son 1 həftədir İranın daxilində gərgin bir abu-hava hökm sürür. 12 günlük savaşdan sonra İran siyasi elitasında parçalanma o qədər su üzünə çıxıb ki, artıq tərəflər qan axıtma nöqtəsinə çatıblar. Daha öncəki yazılarımda post-Xamneyi dövrünün gərgin olacağını söyləmişdim. Xüsusilə Rəfsancani klanı və başda Həsən Ruhani və Həsən Xomeyni olmaqla Quma səfər edib orada bir sıra Ayətullahlar ilə görüşdüyü mediada yazıldı. Bu xəbərin ardınca isə İranın Qum şəhərində yerləşən ən radikal və birbaşa Xamneyiyə bağlı olan Keyhan qəzeti Məsud Pezeşkiyanı satqınlıqda, ölkəni Abş və İsraelin qucağına oturtmaqda ittiham etməyə başladı. Azərbaycan səfərinə toxunaraq Əliyevdən guya İsraelin ölkədəki bazalarının çıxarılmasını tələb etməməkdə günahlandırdı. Maraqlısı budur ki, qəzet məhz Ruhaninin Qum şəhərinə səfərindən tam 1 gün sonra təhqir kampaniyasına başladı. Xamneyi görünür Ruhaninin son addımlarından olduqca qəzəblənib hətta ölkə rəhbərini xainlikdə suçlayacaq qədər irəli gediblər. Xəbərlə bağlı Pezeşkiyan və digər komanda üzvlərindən heç bir reaksiya verilmədi.....
Ruhani gözləmə mövqeyi seçdiyi bir vaxtda Xamneyi hücuma keçib desəm yanılmaram. İlk öncə SEPAH qanadının Rusiya ilə Xəzərdə birgə hərbi təlimlərə başlaması xəbəri və xüsusilə radikal qanada bağlı olan Təsnim qəzetinin bunu Azərbaycanı təhdid edəcək bir dil ilə tirajlaması, ardınca İranın ən dərin siyasətçilərindən olan və qədim Ləricani ailəsinin üzvü Xamneyinin sağ əli Əli Ləricaninin Putinlə görüşməsi, İran Müdafiə Nazirinin Rusiya MN Naziri ilə danışıqları Tehrandakı radikalların bölgə ölkələrinə deyil eyni zamanda Abş'a da mesajı kimi şərh vermək olar. Eyni zamanda Putin üçün də Azərbaycana 'bölgədə tək deyiləm. Səndə Türkiyə, mən də isə İran var' mesajı verməyə fürsət yaradır....
İranın siyasi və dini dairələrini sarsıdan şok hadisədə Tehranın qüdrətli Ekspertlər Məclisinin nümayəndəsi Ayətullah Nəimabadi bazar günü axşam saatlarında şəxsi iqamətgahında güllələnmiş halda tapılıb.
İran dövlət mediasının ilkin məlumatlarına görə, insident qeyri-müəyyən şəraitdə baş verib. Təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb, atışmanın məqsədyönlü sui-qəsd, yoxsa şəxsi insident olduğunu müəyyən etmək üçün rəsmi araşdırma aparılır. Səlahiyyətlilər hələ rəsmi açıqlama verməyiblər və bu yazıya qədər heç bir qrup məsuliyyəti üzərinə götürməyib. Yerli mənbələr Tehrandakı digər yüksək rütbəli din xadimlərinin ətrafında təhlükəsizlik qüvvələrinin gücləndirildiyini bildirir....
Yuxarıda dediyim kimi Xamneyinin taxtı uğrunda qan axıtma sezonu açıldı....
Pərviz Əliyev, politoloq