Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan və Çin “ağıllı gömrük” layihəsinə başlayıb

Qazaxıstan və Çin “ağıllı gömrük” layihəsinə başlayıb


Qazaxıstan-Çin iqtisadi əməkdaşlığının gücləndirilməsi çərçivəsində “Baktı (RK) – Pokitu” (ÇXR) sərhəd-keçid məntəqələrində “ağıllı gömrük” layihəsinin icrasına başlanılıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu təşəbbüsün mühüm elementlərindən biri gömrük logistikasının səmərəliliyinin artırılmasına və rəqəmsallaşmaya yönəlmiş avtonom yük daşımalarının həyata keçirilməsidir.

Bu məqsədlə Qazaxıstan Respublikası Dövlət Gəlirləri Komitəsinin sədri Jandos Duysembiyev və Taçenq şəhəri partiya komitəsinin katibi Çji Syanveynin sərhəddə görüşüb.

Tərəflər əməkdaşlıq müqaviləsi imzalayıblar. Buna əsasən, bu layihənin birgə həyata keçirilməsi, o cümlədən gömrük və logistika proseslərinin rəqəmsallaşdırılması sahəsində fəaliyyətlərin əlaqələndirilməsi və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.

Mehman Mehdiyev
Xəbəri paylaş