
"Suriya rəsmən Türkiyədən hərbi dəstək istəyib. Ötən gün Türkiyə xarici işlər naziri H. Fidan, Suriya hərbi dəstək istəyəcəksə, Türkiyənin buna hazır olduğunu vurğulayıb".
Newscenter.az xəbər verir ki, bunları politoloq Məhəmməd Əsədullazadə deyib.
O deyib ki, İsrail Suriyada təhlükəsizliyin təmini və inkişafında maraqlı deyil:
"İsrail druzlardan istifadə edərək, Suriyada sabitliyi pozmaq və Türkiyənin bu ölkədə hərbi-siyasi mövqeyinin möhkəmləndirilməsinə imkan verməməkdir.
Demək olar ki, ABŞ-ın birbaşa müdaxiləsi ilə Suriya və İsrail arasında danışıqlar aparılacaq. İsrail druzlara muxtariyyət tələb edir. Həmçinin Suriyanın Qolan təpələrindən imtinasını şərt kimi irəli sürür. İsrailin druzlara muxtariyyət tələbi, Suriyanın Qolan təpələrindən imtina etməsi ilə bağlı təzyiq siyasətidir".
Məhəmməd Əsədullazadə onu da deyib ki, danışıqlar baş tutarsa, Suriya Qolan təpələrindən imtina edir:
"İsraildə druzlardan istifadə etmir. ABŞ -da bu planı dəstəkləyir.
Qeyd edim ki, ABŞ Suriyada sabitliyin və bütövlüyün qorunmasında maraqlıdır. ABŞ, Səudiyyə Ərəbistanı, Türkiyənin iştirakı ilə İsrail və Suriya arasında danışıqlar prosesi müsbət istiqamətdə inkişaf edəcək. Məhz Suriyanın Türkiyədən hərbi yardım istəməsi, İsraili fakt qarşısında qoyur".
Anar Əliyev