Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tokayev Cənubi Koreyaya səfər edəcək

Tokayev Cənubi Koreyaya səfər edəcək


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Koreya Respublikasının Prezidenti Li Çje Myonqla telefonla danışıb.

Newscenter.az Akorda-ya istinadən bildirir ki, söhbət zamanı prezidentlər çoxşaxəli Qazaxıstan-Koreya əməkdaşlığının daha da möhkəmləndirilməsinə sadiq olduqlarını təsdiq ediblər.

Dövlət başçıları ikitərəfli münasibətlərin bütün sahələri üzrə ətraflı fikir mübadiləsi aparıblar. Həmçinin, ticarət-iqtisadi və mədəni-humanitar əməkdaşlığın intensivləşdirilməsi niyyətində olduqlarını bildiriblər. Tərəflər sənaye, energetika, maşınqayırma, təhsil, tibb sahələrində davam edən və perspektivli layihələrin səmərəli həyata keçirilməsinin vacibliyini qeyd ediblər.

Li Jae-Munq Qazaxıstan Prezidentini Koreya Respublikasına rəsmi səfərə dəvət edib. Qasım-Jomart Tokayev Cənubi Koreya liderinin dəvətini minnətdarlıqla qəbul edib və gələn il Seulda keçiriləcək “Mərkəzi Asiya – Koreya Respublikası” sammitində iştirak edəcəyini bildirib.

Anar Əliyev
Xəbəri paylaş