
Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsasən " OBA Market" MMC barəsində inzibati xəta protokolu tərtib edib.
Bu barədə Newscenter.az-a Agentlikdən məlumat verilib.
Bildirilib ki, şirkət qida məhsulunu üzərində göstərildiyi qiymətdən baha satıb və İnzibati Xətalar Məcəlləsinin 447.0.1.-ci maddəsinə (Malın qiyməti ilə bağlı istehlakçının az miqdarda aldadılması) uyğun olaraq xəta törədib.
Mehman Mehdiyev