
2025-ci il iyulun 1-nə olan məlumata görə, Qazaxıstanda istehsalatda bədbəxt hadisələrdən 584 işçi zərər çəkib.
Newscenter.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, onlardan 77-si dünyasını dəyişib.
Bu ilin ilk 6 ayının nəticələrinə görə, istehsalat xəsarətləri 2024-cü ilin ikinci yarısı ilə müqayisədə 16,6% azalıb.
İqtisadiyyatın sektorları üzrə ən çox zərərçəkənlər mədənçıxarma və metallurgiya kompleksi sənayesində. Bu sahədə bədbəxt hadisələrin göstəricisi 18,1 faiz olub.
Tikinti sektorunda isə bu göstərici 9,2 faiz təşkil edib.
Mehman Mehdiyev