Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan polad ixracına qadağa qoydu

Qazaxıstan polad ixracına qadağa qoydu


Qazaxıstan 6 ay müddətinə dəmir və qeyri-lehimli poladın ixracına qadağa qoyub.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Sənaye və Tikinti Nazirliyi dəmir və ərintisiz poladın ixracını 6 ay müddətinə qadağan edib.

Nazir Yerlan Naqaspabevin əmrinə əsasən, Qazaxıstan ərazisindən Avrasiya İqtisadi Birliyinin Xarici İqtisadi Fəaliyyətinin mal nomenklaturasına uyğun olaraq bütün nəqliyyat növləri ilə dəmir və qeyri-lehimli poladın ixracı qadağan edilib.

Altı aylıq məhdudiyyətin əsas məqsədi yerli metallurgiya müəssisələrini hazır məhsul istehsalına həvəsləndirmək və polad emalı sənayesini genişləndirməkdir.

Bu qərar “Milli təhlükəsizlik haqqında” Qazaxıstan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci bəndi və Avrasiya İqtisadi İttifaqı haqqında Müqavilənin 29-cu maddəsi əsasında qəbul olunub.

Mehman Mehdiyev
Xəbəri paylaş