
Kamçatkada baş verən zəlzələ və onun törətdiyi sunami nəticəsində Yaponiyada 1 nəfər ölüb.
Newscenter.az TASS-a istinadən bildirir ki, daha 7 nəfər yaralanıb.
Məlumata görə, bir nəfər Kumamoto prefekturasında öz avtomobilini sahilyanı ərazidən çıxarmaq istəyərkən avtomobil qəzası nəticəsində həlak olub. Sürücü dağ yolunda idarəetməni itirib. Təxliyə zamanı 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sunami nəticəsində ölən və yaralananlar və ya ciddi dağıntılar barədə məlumat yoxdur.
Qeyd edək ki, ötən gün Kamçatkada 8,6 bal gücündə şiddətli zəlzələ olub.
Mehman Mehdiyev