
ABŞ və Rusiya hazırda nüvə tərksilahı imkanları ilə bağlı danışıqlar aparmır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşin deyib.
Verşinin qeyd edib ki, Rusiya Federasiyası həmişə silahlanma yarışını məhdudlaşdırmaq öhdəliyi götürüb, ona görə də bu mövzuda istənilən ideyanı nəzərə ala bilər.
"İstənilən halda bizim üçün prioritet milli maraqların və ölkəmizin qorunması olaraq qalır və təbii ki, istənilən dialoq qarşılıqlı maraqlara əsaslanmalıdır", - deyə Rusiya xarici işlər nazirinin müavini vurğulayıb.
Anar Əliyev