
Ötən həftə Xankəndidə erməni rəssam Hovannes Ayvazyanın separatçılar tərəfindən qoyulan heykəli yığışdırıldı və Azərbaycana qarşı nifrət ideologiyası yayan gorbagorun ölkəmizdə izi-tozu da qalmadı.
Ancaq, Qarabağda ermənilərə aid hələ də bir sıra abidə, memorial kompeks, yabançı və saxta irs qalmaqdadır. Onlardan biri Xankəndinin girəcəyində yerləşən “Nənə və Baba” (“Biz və bizim dağlar”) abidəsidir.
Bu abidənin uydurma erməni soyqırımının şərəfinə ucaldılması sirr deyil. Sovet hökuməti kompleski guya Qarabağda yaşayan ermənilərin uzunömürlülüyünün simvolu kimi əbədiləşdirib, ancaq əsil niyyət başqa olub.
Heykəlin müəllifi heykəltəraş Sarkis Baqdasaryan 1964-cü ildə SSRİ nümayəndə heyətinin tərkibində İtaliyada sərgidə iştirak edərkən erməni “Daşnaksütyun Partiyası” və “ASALA” nümayəndələri ona Qarabağda “milli azadlıq hərəkatı” başlatmağı təklif edir və ideoloji ssenari verirlər.
Baqdasaryan 1967-ci ildə layihəni SSRİ hökumətinə təqdim edərəkən “Papik və Tatik” ( Nənə və Baba) adlı eskizdə heykəlin üzünün Ermənistana, arxasının isə Azərbaycana bağlı formasını təsvir etdirir. Bunun mənası isə “bizi özünüzə birləşdirin” simvolizə edirdi.
Çox təəssüf ki, Azərbaycan Mərkəzi Komitəsi o dövrdə bu məkrli planın qarşısı ala bilmir, üstəlik abidə Azərbaycanın büdcəsindən ayrılmış vəsait hesabına inşa olunur.
Abidənin tikintisi zamanı isə həmin ərazidə böyük akasiya meşəsi tamamilə qırılıb.
Göründüyü kimi “planetin uzunömürlüləri” adı altında üstüörütülü torpaq iddiası və siyasi-ideoloji təşviqat aparılırdı.
Dünyada uzunömürlülərin (100-150 yaş) sırasına baxsaq, erməni tapa bilmərik, azərbaycanlılar isə saysız-hesabsızdır. Qarabağda, əzəi torpaqlarımız olan Göyçədə, Zəngəzurda ən uzunömürül insanlar azaərbaycanlılar olub. Ötən əsrin əvvəllərinə qədər İrəvanda yaşayan azərbaycanlıların orta ömür yaşı 105-dən az olmayıb. Şuşada 110 yaşdan yuxarı olan azərbaycanlıların sayı 100-dən çox idi. Şuşanın ən uzunömürlü şəxslərindən Sənəm Allahverdiyeva 130, Cabbar Çobanov 125, Məşədi Pəncəli Əli 125, Ağalar Babayev, Nəsib Çobanov, İsa Qasımov, Səkinə Abbasova 120 il ömür sürüblər.
Əgər keçmiş SSRİ həqiqətən də uzunömürlülərin xatirəsini əbədiləşdirmək istəsəydi ən birinci Şuşalılarn xatirəsinə abidə qoyardı.
Bu,bir daha onu göstərir ki, Xankəndidəki bu qondarma kompleksdən siyasi məqsəd kimi istifadə edilib.
2009-cu il Avroviziya Mahnı Müsabiqəsi zamanı Ermənistan təmsilçisinin təqdimat klipində “Biz və bizim dağlar” abidəsi də yer alırdı.
Dəfələrlə erməniəsilli xarici musiqiçilər öz mahnılarındakı kliplərdə bu abidəni simvolaşdırıblar.
Ona görə də hesab edirəm ki, azərbaycan xalqının milli genetik irsinə qarşı zidd olan belə bir saxtakar tikili dərhal sökülməlidir.
Bu ərazi yenidən abadlaşdırılmalı, yeni meşə salınmalı, Qarabağ Xanının abidəsi ucaldılmalıdır.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor