
Rusiya Ukraynaya qarşı hava zərbələrinin sayı və əhatə dairəsini genişləndirib. Təkcə son iki gün ərzində həyata keçirilən zərbələr nəticəsində onlarla dinc sakin həlak olub, mülki obyektlər ziyan görüb.
Newscenter.az-ın xəbərinə görə, Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov Rusiyanın Ukraynaya qarşı kütləvi zərbələr endirməsini qəti şəkildə pisləyib. O bildirib ki, iyunun 2-nə keçən gecə Rusiyanın Ukrayna şəhərlərinə qarşı raket və pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi kütləvi hücumlar nəticəsində yaşayış binaları da amansızcasına dağıdılıb:
"Ölənlərin sayı artır. Həmçinin yüzlərlə yaralı var".
Komitə sədri hesab edir ki, rus raşizmi də alman faşizmi kimi insanlığın düşmənidir.
Süleyman











































