Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb

Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb


ABŞ Prezidenti Donald Tramp ölkənin Azərbaycandakı səfiri vəzifəsinə Virciniyadan olan Aleksandr Oldenin namizədliyini irəli sürüb.

Newscenter.az-ın məlumatına görə, bu barədə "Report" Ağ Evin saytına istinadən xəbər verir.

Məlumata görə, ABŞ lideri Virciniya ştatını təmsil edən Oldenin Bakıdakı diplomatik missiyanın rəhbəri postuna təyin edilməsi barədə sənədi Senata göndərib.

Hazırda ABŞ-nin Azərbaycandakı diplomatik missiyasının rəhbəri vəzifəsini müvəqqəti işlər vəkili Emi Karlon icra edir. Əvvəllər səfir postunu Mark Libbi tutub.
Xəbəri paylaş