
Özbəkistanın qızıl-valyuta ehtiyatları 50,09 milyard dollara çatıb.
Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistanın Mərkəzi Bankı məlumat yayıb. Bu göstərici 2013-cü ildə statistik məlumatların yayılmağa başlamasından bəri rekord göstəricidir.
Artım dünya bazarlarında qızılın qiymətinin artması ilə əlaqədar olub. Təkcə avqustda qiymət artımının təsiri 1,2 milyard dollar təşkil edib.
Mərkəzi Bankın qızıl-valyuta ehtiyatları milli iqtisadiyyatın və maliyyə sisteminin sabitliyinin təmin edilməsində ən mühüm hesab edilir.
Avqust ayına olan məlumata görə, ehtiyatlar 1,34 milyard dollar (+2,7%) artıb. İlin əvvəlindən artım 8,9 milyard dollar (+21,6%) təşkil edib.
Süleyman











































