Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Buxara və Sakarya şəhərləri qardaşlaşır

Buxara və Sakarya şəhərləri qardaşlaşır


Buxara vilayətinin Karakul rayonunun hakimi Xurşid Tohirov Türkiyədə səfərdə olub və Sakarya şəhərinin hakimi (Sakarya Büyükşehir Bələdiyyəsinin rəhbəri) Yusuf Alemdar ilə görüşüb.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, söhbət zamanı ticarət-iqtisadi, mədəni və sosial sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib. İki şəhərin “qardaş şəhər” kimi təyin olunması təşəbbüsü irəli sürülüb. Türkiyəli iş adamlarının oktyabrda Karakula səfər etməyi planlaşdırdığı da bildirilib.

Səfər çərçivəsində Karakul rayonunun qubernatoru bir sıra sənaye müəssisələrinin fəaliyyəti ilə də tanış olub, onlarla investisiya məsələləri ilə bağlı danışıqlar aparıb.

Süleyman
Xəbəri paylaş