Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanda müəllimlər bəzi dövlət rüsumundan azaddırlar

Özbəkistanda müəllimlər bəzi dövlət rüsumundan azaddırlar


Özbəkistan Konstitusiyasının 52-ci maddəsinə əsasən, ölkədə müəllim əməyi cəmiyyətin və dövlətin inkişafının, sağlam, harmonik nəslin formalaşması və yetişdirilməsinin, xalqın mənəvi-mədəni potensialının qorunub saxlanılmasının və zənginləşdirilməsinin əsası kimi tanınır. Bu səbəbdən də ölkədə onlar üçün geniş imkanlar yaradılıb. Bu imkanlardan biri də onların dövlət rüsumundan azad edilməsidir.

Daşkənd Dövlət Hüquq Universitetinin Hüquq Klinikasının əməkdaşı Emoməli Tuyev belə izahat verib:

– “Dövlət rüsumu haqqında” Özbəkistan Respublikasının Qanununa əsasən, müəllimlər dövlət rüsumundan azaddırlar. Onun sözlərinə görə, “Dövlət rüsumu haqqında” qanunun 8-ci maddəsinin 5-ci bəndinin 2-ci bəndinə əsasən mülki işlərdə pedaqoji işçilər peşə fəaliyyəti zamanı şərəf, ləyaqət və işgüzar nüfuzunun qorunması ilə bağlı hallarda dövlət rüsumu ödəməkdən azad edilirlər.

Həmin Qanunun 10-cu maddəsinin 19-cu bəndinə əsasən pedaqoji işçilər peşə fəaliyyəti zamanı dövlət orqanlarının hüquqlarını pozan qanunsuz qərarlarından, vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati məhkəməyə şikayət etdikdə dövlət rüsumunu ödəməkdən azad edilirlər.
Xəbəri paylaş