Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanda stabilkoinlər dövriyyəyə buraxıla bilər

Özbəkistanda stabilkoinlər dövriyyəyə buraxıla bilər


Özbəkistanda stabilkoinlərin sınaqdan keçirilməsi və qiymətli kağızların tokenləşdirilməsi təcrübəsi başlayacaq.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Perspektivli Layihələr üzrə Milli Agentliyin (ILMA) direktorunun birinci müavini Vyaçeslav Pak məlumat verib.

Məlumatlara görə, Özbəkistan prezidentinin dinlədiyi maliyyə texnologiyaları sektorunun inkişafı ilə bağlı təqdimatında bu sahədə ən son yeniliklər və onların Özbəkistanın maliyyə bazarına inteqrasiyası diqqət mərkəzində olub. Nəticədə Mərkəzi Bankın bazasında Fintech ofisi və investisiya mərkəzinin yaradılması qərara alınıb.

Bildirilib ki, 2018-ci ildə Özbəkistanda Fintech şirkətlərinin sayı cəmi 24 olub. Bu gün onların sayı 103-ə çatıb və bu il onlar 260 milyon dollar investisiya cəlb ediblər.

Mehman Mehdiyev
Xəbəri paylaş