Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan prezidenti Nyu-Yorka gedir

Özbəkistan prezidenti Nyu-Yorka gedir


Özbəkistan prezidenti Şavkat Mirziyoyev Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak etmək üçün Birləşmiş Ştatlara səfər edib.

Newscenter.az Özbəkistan Milli Xəbər Agentliyinə istinadən bildirir ki, sentyabrın 22-də Baş Assambleyanın zalında Birləşmiş Millətlər Təşkilatının səksən illiyinə həsr olunmuş yüksək səviyyəli iclas keçiriləcək. Şavkat Mirziyoyevin BMT-nin 80 illik yubileyi ilə bağlı tədbirlərdə çıxışı sentyabrın 23-nə planlaşdırılıb.

Tədbirdə BMT nümayəndələri, dövlət və hökumət başçıları son 80 ildə əldə edilmiş nailiyyətləri və daha inklüziv və həssas çoxtərəfli sistemin yaradılması yollarını müzakirə edəcəklər.

Yubiley sessiyası “Birlikdə daha yaxşı: Sülh, İnkişaf və İnsan Hüquqları naminə 80 il və ondan sonra” şüarı altında keçiriləcək.

Süleyman
Xəbəri paylaş