
HƏMAS Birləşmiş Ştatların Qəzza ilə bağlı qətnamə layihəsinə qarşı olduğunu açıqlayıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu HƏMAS-ın sözçüsü Hazem Qassem açıqıayıb. Onun sözlərinə görə, Birləşmiş Ştatların BMT Təhlükəsizlik Şurasına göndərdiyi Qəzza zolağı ilə bağlı qətnamə layihəsi qəbul olunarsa, anklavdakı vəziyyəti yaxşılaşdırmayacaq.
"ABŞ-ın qətnamə layihəsinin düzəlişləri və əsas müddəaları Qəzzada vəziyyəti sabitləşdirmək məqsədi daşımır", -deyə HƏMAS sözçüsü bildirib.
Qeyd edək ki, noyabrın 17-də BMT Təhlükəsizlik Şurası Qəzza zolağı ilə bağlı ABŞ-ın hazırladığı qətnamə layihəsinə səs verəcək. ABŞ-ın BMT-dəki Daimi Nümayəndəliyinin daha əvvəl bildirdiyi kimi, sənəd beynəlxalq sabitləşdirmə qüvvələrini dəstəkləyən və Qəzzada HƏMAS-ən iştirakı olmadan fələstinlilər üçün sabit, təhlükəsiz, dinc və firavan gələcəyi təmin edən müddəaları ehtiva edir.
Fuad











































